PULSE MEDIA MED BRANDING AGENCY

Sizi görünən deyil, seçilən edirik

Həkimlər və tibbi müəssisələr üçün brend quruculuğu, media idarəçiliyi və PR xidmətləri

WhatsApp-da yazın Xidmətlərə baxın

Təklif Etdiyimiz Əsas Dəyər

Tanınma

Sosial media, TV, radio və rəqəmsal kanallar vasitəsilə geniş auditoriyaya çatmaq

Etibar

Ekspert kimi mövqelənmə və peşəkar kontent ilə xəstə güvənini möhkəmləndirmək

Xəstə Axını

Görünürlük və reputasiya sayəsində yeni xəstə kütləsinə çatmaq

Biz Sizi Sadəcə Paylaşmırıq — Sizi Mediaya Çıxarırıq

Pulse Media – Med Branding Agency olaraq həkimlər və tibbi müəssisələr üçün brend quruculuğu, media idarəçiliyi və PR xidmətləri təqdim edirik. Biz yalnız tibbi sektora ixtisaslaşmış, həm media dünyasını, həm də tibbi kommunikasiyanın incəliklərini dərindən anlayan bir komandayıq.

Məqsədimiz müştərilərimizi sadəcə sosial mediada aktiv etmək deyil — onları tanınan, etibarlı və təsirli brendlərə çevirməkdir. Çünki müasir tibbi mühitdə peşəkarlıq yalnız klinikada deyil, ictimai məkanda da sübut edilməlidir.

Güclü brend imici, həkimin xəstə nəzərində etibarını artırır, media çıxışları isə onu sahəsinin tanınan eksperti kimi mövqeləndirir. Pulse Media bu transformasiyanı sistemli, strateji və effektiv şəkildə həyata keçirir.

Bu yerə şəkil əlavə edə bilərik

Tibbi Sahədə İxtisaslaşmış Yeganə Həll

Ümumi reklam agentliklərindən fərqli olaraq, Pulse Media yalnız tibbi brend kommunikasiyasına fokuslanır. Bu ixtisaslaşma bizə həm sahənin texniki dilini, həm də hədəf auditoriyasının psixologiyasını dərindən başa düşməyə imkan verir. Nəticə? Daha effektiv, daha etibarlı, daha ölçülə bilən kommunikasiya.

Tibbi Sahə İxtisaslaşması

Tibbi terminologiya, etika qaydaları və xəstə kommunikasiyasının incəliklərini bilən komanda. Hər kontent tibbi dürüstlük prinsiplərinə uyğun hazırlanır.

Media və TV Təcrübəsi

Televiziya və radio çıxışlarının təşkili sahəsindəki dərin təcrübəmiz həkimləri media meydanında güclü səslə təmsil etməyə imkan verir.

PR və Kommunikasiya Gücü

Media əlaqələri, press-relizlər və ictimai reputasiya idarəetməsi sahəsində güclü şəbəkə və peşəkar yanaşma.

Video və Kontent İstehsalı

Peşəkar Reels, klinik videolar, patient testimonial çəkilişləri və yüksək keyfiyyətli vizual materiallar daxildir.

SMM + Media + PR İnteqrasiyası

Sosial media, ənənəvi media və PR-ın vahid bir strategiya çərçivəsində sinxron idarə edilməsi — tam həll tək bir komandadan.

Vasif Akifli, Pulse Media-nın təsisçisi və rəhbəri

Vasif Akifli – PULSE MEDIA-nın təsisçisi və rəhbəri

“PULSE MEDIA olaraq əsas məqsədimiz səhiyyə sektorunda peşəkar tibbi brendinq, strateji marketinq və ictimaiyyətlə əlaqələr sahəsində effektiv həllər təqdim etməkdir.

Biz klinikaların, tibb mərkəzlərinin və həkimlərin peşəkar imicinin formalaşdırılması, tibbi xidmətlərin düzgün auditoriyaya çatdırılması, media nüfuzunun gücləndirilməsi və pasiyent etimadının artırılması istiqamətində fəaliyyət göstəririk.

Televiziya, radio, rəqəmsal media və PR imkanlarını vahid marketinq strategiyasında birləşdirərək tərəfdaşlarımız üçün uzunmüddətli brend dəyəri yaratmağı hədəfləyirik.

İnanırıq ki, tibbi marketinq sadəcə reklam deyil, peşəkarlığın, etimadın və reputasiyanın düzgün kommunikasiyasıdır.

PULSE MEDIA – Sizi görünən deyil, seçilən edirik!”

Vasif Akifli Təsisçi və rəhbər | PULSE MEDIA

Ehtiyacınıza Uyğun Üç Paket

Pulse Media, hər həkim və tibbi müəssisənin fərqli inkişaf mərhələsini nəzərə alaraq üç müxtəlif xidmət paketi təklif edir. Başlanğıc görünürlükdən tam brend transformasiyasına qədər hər addımda yanınızdayıq.

BASIC

600 AZN / ay

Başlanğıc səviyyə — Görünürlük üçün

Sosial mediada aktiv və peşəkar görünüş yaratmaq istəyən həkimlər üçün ideal başlanğıc həll

STANDARD

1200 AZN / ay

Artım və tanınma üçün

Auditoriyasını genişləndirmək, reklam kampaniyaları ilə xəstə axını artırmaq istəyənlər üçün

PREMIUM

2500 AZN / ay

Brend quruculuğu və media çıxışı üçün

Televiziya, radio, PR və tam brend transformasiyası ilə sahənin tanınan eksperti olmaq istəyənlər üçün

Qeyd: Əlavə tələb olunan televiziya, radio, yazılı media çıxışları, sayt yerləşdirmələri və digər xüsusi xidmətlər üçün əlavə ödəniş hesablanır. Dəqiq məlumat üçün bizimlə əlaqə saxlayın.

Paketləri müqayisə edin

Əməkdaşlıq Prosesi

  1. İlkin Görüş

    Ehtiyaclarınızı, hədəflərinizi və mövcud media mövcudluğunuzu birlikdə analiz edirik

  2. Paket Seçimi

    Sizin üçün ən uyğun paketi müəyyənləşdirib fərdi strategiya hazırlayırıq

  3. Müqavilə və Başlanğıc

    Şərtləri razılaşdırır, kontent planını hazırlayır və işə başlayırıq

  4. Daimi İcra və Hesabat

    Aylıq nəticə hesabatları ilə inkişafı izləyir, strategiyanı optimallaşdırırıq

Pulse Media — İşinizin Nəbzi Bizimlə Atsın!

Brendinizi qurmağa hazırsınız? Bu gün bizimlə əlaqə saxlayın və ilk addımı atın. Komandamız sizinlə ətraflı məsləhətləşməyə hazırdır.